“Xocavənd” Kikboksinq İdman Klubunun idmançısı Tağıyev Elnur Vüqar oğlu "Xocalı Kuboku 6" kikboksinq turnirində l yeri tutmuşdur.
18 fevral 2024 | 09:39
“Xocavənd” Kikboksinq İdman Klubunun idmançısı Tağıyev Elnur Vüqar oğlu "Xocalı Kuboku 6" kikboksinq turnirində l yeri tutmuşdur.
17-18 fevral 2024-cü il tarixlərdə Bakı şəhərində "Sərhədçi" İdman Olimpiya Mərkəzində "Xocalıya ədalət" şüarı altında keçirilən "Xocalı Kuboku 6" kikboksinq turnirində Tağıyev Elnur Vüqar oğlu 67 kq çəkidə birinci yeri əldə etdi.
“Xocavənd” Kikboksinq İdman Klubunun idmançısı Elnur Tağıyev kikboksinq, budo, alpaqud idman növləri üzrə dəfələrlə ölkə və beynəlxalq yarışların qalibi olmuşdur.
23 mart 2005-ci ildə anadan olmuş idmançımız əslən Xocavənd rayonunun Qaradağlı kəndindəndir. Onun ailəsi Birinci Qarabağ müharibəsi zamanı Qaradağlı kəndi işğal edildikdən sonra məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşıb.
İdmançımızı ürəkdən təbrik edir, gələcək yarışlarda uğurlar diləyirik!