Xocavənd Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsə yeni təyin olunmuş direktor Nəbiyev Canəli Xanəli oğlu təqdim edilmişdir.
07 dekabr 2022 | 12:07
Xocavənd Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsə yeni təyin olunmuş direktor Nəbiyev Canəli Xanəli oğlu təqdim edilmişdir.
07 dekabr 2022-ci il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsi Rayon İcra Hakimiyyətini iclas zalında Xocavənd Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsə yeni təyin olunmuş direktor Nəbiyev Canəli Xanəli oğlu təqdim edilmişdir. Rayon hüquq mühafizə orqanları rəhbərlərinin eləcə də, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə yeni təyin olunmuş Canəli Nəbiyevi təbrik etmiş , onun tibb sahəsində fəaliyyəti, eləcə də Vətən müharibəsi dövründəki xidmətlərindın danışmış və yeni vəzifəsində ona uğurlar arzulamışdır.
Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin olunmuş Canəli Nəbiyev çıxış zamanı, göstərilən diqqətə görə rayon rəhbərliyinə və ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirmiş, ona göstərilmiş etimadı doğruldacağına söz vermişdir.
Qeyd edək ki, Qeyd edək ki, Nəbiyev Canəli Xanəli oğlu 1972-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olub.
1990-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub. 1996-ci ildə Pediatriya fakültəsini bitirib. 1996-1997-ci illərdə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında həkim-interna olub. 1997-2001-ci illərdə Müdafiə Nazirliyində hərbi həkim kimi çalışıb. 2001-ci ildən 2014-cu ilə qədər 3 saylı Bakı şəhər Klinik Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, Qan köçürmə şöbəsində müdir vəzifələrində çalışıb.
2015-2022-ci illərdə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat blokunun müdiri vəzifəsində çalışıb.