Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qadınları Böyük Qayıdış prossesinə öz töhfələrini verəcəklər.

04 oktyabr 2023 | 09:45
   Xocavənd qadınları Böyük Qayıdış prossesinə öz töhfələrini verəcəklər.
  Bu fikirlər 04 oktyabr 2023-cü il tarixdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıqla bağlı “Zəfər və qəhrəmanlıq simvolu: məğrur Azərbaycan qadını” adlı toplantıda səsləndirilmişdir. Rayonun ictimai həyatında fəal rol oynayan, müxtəlif sahələrdə çalışan və evdar qadınların iştirakı ilə keçirlən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ulu Öndərin qadınlarla bağlı fikirlərinin yer aldığı video-çarx nümayiş olunmuşdur.
  Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavin Əfsanə Quliyeva bildirmişdi ki, cəmiyyətdə qadın üzərinə daima böyük öhdəliklər düşməkdədir. Buna baxmayaraq, dövrün istənilən mərhələsində cismən zərif və incə, daxilən mübariz və dözümkar olan qadınlar üzərlərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirə biliblər. Şərq qadını da bütün dövrlərdə cəsarəti, ağlı, mədəniyyəti və məqsədyönlülüyü ilə seçilib, hətta qərbli həmcinsləri tərəfindən də heyranlıqla qarşılanıblar.

  Bu gün Azərbaycan qadının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünya görüşünü Azərbaycanın Birinici xanımı Mehriban Əliyeva özündə təcəssüm etdirir. Birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir. Praqmatiklik və siyasi çeviklik, qarşıya qoyulan məqsədlərin həyata keçirilmə və nəzərə alınma zərurətini diplomatik etiketlər çərçivəsində diqtə etmək məharəti, üstəlik də protokol qaydalarında bərabərhüquqlu tərəfdaş qismində etiraf etdirilmə səriştəsi Mehriban xanım Əliyevanın siyasi dünyagörüşünün diapazonunu ehtiva etməklə bərabər, həm də onun kübarlıq ranqında özünütəsdiqi oldu.

 Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi ilə tanınmışdır. Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolundan söz açan Əfsanə Quliyeva qeyd edib ki, Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.
  Tədbirdə Böyük Qayıdış prosesində xocavəndlli qadınların iştirakı, qadınların məşğulluğu, erməni sakinlərlə birgəyaşayış, erkən nikah, məişət zorakılığı və digər mövzularda müzakirələr aparılmış, Azərbaycan Qadınlarının VI Qurultayında Xocavənd rayonunu təmsil edəcək qadınlar müəyyənləşmişdir.
Keçidlər