Xocavənd qəsəbələrində abadlıq və təmir işləri aparılıb.
02 yanvar 2025 | 10:17
Xocavənd qəsəbələrində abadlıq və təmir işləri aparılıb.
Xocavənd qəsəbəsinin mərkəzi küçəsinin cənub-qərb hissəsində yararsız vəziyyətə düşmüş tamet səki daşları, bardurlar, yarımdairə azbest sement borular sökülmüş, ərazi tullantılardan təmizlənmiş, həmin ərazidə 700 metr səki daşları düzülmüş, səkinin içərisi qum-çınqıl materialları ilə doldurulmuş üzərinə 480 m2 müasir tələblərə cavab verən tamet tavalar döşənmiş, 327 metr uzunluğunda yarımdairə azbest sement borular quraşdırılmış, yolayrıclarında 300 mm-lik borularla 38 metr uzunluğunda sukeçiricilər tikilmiş, yarasız vəziyyətə düşmüş 10 ədəd işıq dirəklərinin boyaları təmizlənərək şaxtaya və istiyə davamlı boya ilə yenidən boyanması işləri yerinə yetirilmişdir. Həmçinin Təhsil şöbəsinin qarşısında 200 metr uzunluğunda səki daşları quraşdırılmış, səkinin içərisi qum-çınqıl materialları ilə doldurulmuş, üzərinə 300 m2 müasir tələblərə cavab verən tamet tavalar quraşdırılmışdır.
Xocavənd qəsəbəsindən Şəhidlər Xiyabanına aparan yolun sağ tərəf hissəsi 510 metr uzunluğunda (2040m2) yararsız yol qreyderlə hamarlanmış, həmin yol kipləşdirici vərdənə ilə kipləşdirilmiş, 204 m3 qum-çınqıl materialı ilə yenidən tikilmişdir.
“Tuğ” kəndində kəndarası 4400 metr uzunluğunda (17990 m2) yol qreyderlə hamarlanmış, həmin yol kipləşdirici vərdənə ilə kipləşdirilmiş, 1799 m3 qum-çınqıl materialı ilə yenidən tikilmişdir.
“Yeni Xocavənd” qəsəbəsində 1300 metr yeraltı işiq xətti çəkilmiş, 52 ədəd 7 metr hündürlükdə metal işıq dirəklərinin quraşdırılmış, ümumilikdə qəsəbə daxili 5 küçədə tam işıqlandırma işləri başa çatdırılmışdır.