Xocavənd qəsəbəsində növbəti səyyar qəbul keçirilmişdir
19 mart 2026 | 17:27
Xocavənd qəsəbəsində növbəti səyyar qəbul keçirilmişdir.
19 mart 2026-cı il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar görüşü keçirilib. Səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndinə səfər etmiş, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Ümumiyyətlə kənddə mövcud fərdi evlərin sayı 153-dür. Onlardan da 21-i yararsız, 132-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 26-sı artıq istismara hazırdır. Bu ilin sonunadək daha 106 ev hazır olacaq.
Mart ayının 18-də açılışla birlikdə ilkin mərhələdə kəndə 25 ailə - 114 nəfər qayıdıb. Oktyabradək daha 107 ailənin köçürülməsi planlaşdırılır. Ümumilikdə ötən ilin oktyabrından Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 1818 nəfər - 441 ailə qayıdıb.






