Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
10 noyabr 2022 | 09:43
Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
10 noyabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 500 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 44 günlük Vətən müharibəsi haqqında danışaraq bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş döyüş əməliyyatları nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə döyüş meydanında son qoyulmuşdur. Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış bu Zəfər Günü düşmənə eyni zamanda onun havadarlarına verilmiş qətiyyətli bir dərsdir. Başçı həmçinin bu tarixi qələbədən keçən 2 il ərzində düşmən tərəfindən törədilmiş növbəti təxribatlara da Azərbaycan Ordusunun qəhrəban zabit və əsgərlərinin qətiyyətli cavab verdiklərini bildirmişdir. Rəhbər, ordu xalq birliyi nəticəsində əldə olunmuş tarixi Zəfər bütün dünyaya Azərbaycan xalqının necə böyük və qüdrətli xalq olduğunu bir daha nümayiş etdirdi. Düşmən üzərində qazanılmış həmin möhtəşəm qələbənin 2 ilinin tamam olduğunu qeyd edən Eyvaz Hüseynov məhs 2020-ci ilin 10 noyabr tarixində Güclü Azərbaycan ordusu qarşısında tab gətirə bilməyən mənfur düşmən kapitulyasiya aktına imza ataraq məğlub olduğunu bəyan etdi. Başçı tarixi qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında Qarabağda yenidənqurma işlərinə strat verildiyini və keçən müddət ərzində işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı tikinti quruculuq işlərinin davam etdiyini qeyd etdi. Qısa zaman ərzində Ağıllı kənd layihəsi çərçivəsində Zəngilan rayonu ərazisində salınmış 1-ci Ağalı kəndi müasir standarlara cavab verən infrastrukturla təmin olunaraq sakinlərin ixtiyarına verilmişdir. Artıq Ağalı kənd sakinlərinin bir qismi 30 ildən sonra öz isti ocaqlarına, doğma yurdlarına qayıtdı. Eyvaz Hüseynov yaxın zamanlarda hər bir xocavəndlinin də öz doğma ata-baba torpaqlarına qayıdacaqılarına əminliyini ifadə etdi.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.