Xocavənd rayon 4 nömrəli tam orta məktəbdə Şəhər Günləri və Dövlət Suverenliyi Günü ilə bağlı seminar təşkil edilib.
20 sentyabr 2024 | 09:27
20 sentyabr 2024-cü il tarixdə Xocavənd rayon 4 nömrəli tam orta məktəbdə Şəhər Günləri və Dövlət Suverenliyi Günü ilə bağlı seminar təşkil edilib.
Seminarın keçirilməsində əsas məqsəd yaxın keçmişə yenidən nəzər salaraq şəhər günlərinin tarixi, suverenliyimizin əldə olunması, onun qorunması haqqında fikir mübadilələri aparmaq olmuşdur. Seminarda Xocavənd Şəhəri Gününə həsr olunmuş qısa videoçarx uşaqlara təqdim olunub. Videorolikdə Xocavəndin tarixi, işğalı, azad olunması, zəngin təbiəti, abidələri haqqında məlumatlar öz əksini tapıb.