Xocavənd Rayon 4 nömrəli tam orta məktəbində Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsi Namazlı Elmirin təşəbbüsü ilə “Gələcəyini Qur” layihəsi çərçivəsində “Sabahın Qəhrəmanları” adlı tədbir təşkil olunmuşdur.
14 iyun 2025 | 10:34

Tədbirin məqsədi uşaqlara gələcək haqqında düşünməyi, öz bacarıq və maraqlarını kəşf etməyi təşviq etmək, onları xəyal qurmağa və şəxsi inkişaf yolunda ilk addımlar atmağa ruhlandırmaqdan ibarət idi.
Tədbir zamanı şagirdlər müxtəlif peşə sahələri ilə tanış olmuş, təqdimatlar etmiş, sual-cavab sessiyalarında iştirak etmiş və yazılı tapşırıqlar vasitəsilə öz düşüncələrini ifadə etmişlər.
Bu təşəbbüs uşaqlarda gələcək planların qurulmasına, məqsədlərin müəyyənləşdirilməsinə və özlərinə inam hissinin formalaşmasına böyük töhfə verdi.