Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon 4 nömrəli tam orta məktəbinin şagirdləri şəhid ailəsini doğum günü münasibətilə ziyarət etmişlər.

26 aprel 2024 | 16:32
 26 aprel 2024-cü il tarixdə Xocavənd rayon 4 nömrəli tam orta məktəbinin şəhid Fərəcov Zülfüqar Müseyib oğlunun adını daşıdığı 3-cü sinif şagirdləri şəhid ailəsini doğum günü münasibətilə ziyarət etmişlər.
 Şagirdlər şəhidimizin həyatı onun döyüş yolu haqqında geniş məlumatları bir də ailəsindən dinlədilər. Daha sonra şagirdlər hazırladıqları şeir kompozisiyanı təqdim etdilər.
 Ulu babalarımızın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin bizə əmanət etdikləri bu Vətəni qorumaq hər bir azərbaycanlının ən ümdə vəzifəsidir.
  Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Keçidlər