Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir
23 aprel 2026 | 15:17
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
23 aprel 2026-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-2” yaşayış kompleksi, Zəngilan rayon 20 saylı tam orta məktəbin akt zalında Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda rayon sakinləri, idarə və təşkilat rəhbərləri, eləcə də İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı qəbulda çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi çoxsaylı xarici səfərlər və ali səviyyəli görüşlər ölkəmizdəki daxili sabitliyin qorunmasına, milli təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunmasına və Azərbaycanın beynəlxalq arenadakı strateji maraqlarının müdafiəsinə birbaşa xidmət edir. Bu ardıcıl və məqsədyönlü siyasi kursun mühüm tərkib hissəsi kimi, dövlət başçısının 16 aprel tarixində 5-ci Antalya Diplomatiya Forumunda iştirakı xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycanın Cənubi Qafqazda sülh və təhlükəsizlik gündəliyi növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırılmış, regional əməkdaşlıq formatlarının genişləndirilməsi və nəqliyyat-logistika imkanlarının gücləndirilməsi istiqamətində mühüm diplomatik təmaslar qurulmuşdur. Prezidentin bu platformadakı fəal iştirakı və apardığı müzakirələr təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq müstəvidə siyasi-hüquqi zəmininin daha da möhkəmlənməsinə yönəlmişdir. Beləliklə, Antalya Diplomatiya Forumu Azərbaycanın qlobal diplomatik proseslərdəki nüfuzunu bir daha təsdiq etməklə yanaşı, dövlət başçısının apardığı uzaqgörən siyasətin ölkənin milli təhlükəsizlik arxitekturasının ayrılmaz parçası olduğunu nümayiş etdirmişdir
Qeyd edilmişdir ki, Qarabağda həyata keçirilən "Böyük Qayıdış" proqramı uğurlu icra olunur.
2026-cı ilin ilk rübü ərzində cənab Prezident Xocavənd rayonuna iki dəfə səfər etmiş, vətəndaşların problemləri ilə maraqlanmış onlara yeni evlərin açarlarını təqdim etmişdir. Fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar. Mart ayının 18-də Xocavənd rayonun Xanoba kəndinə ilk sakinləri köçürüldü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.






