Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Uşaq Səfirlər Məclisinə seçilmiş uşaqlarla görüş keçirdi.
02 dekabr 2022 | 17:54
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Uşaq Səfirlər Məclisinə seçilmiş uşaqlarla görüş keçirdi.
02 dekabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Uşaq Səfirlər Məclisinə seçilmiş uşaqlarla görüş keçirdi. “Uşaq Səfirlər Məclisi” layihəsinə nümayəndə seçilən gəncləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirmişdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların könüllülük prosesinə töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə 1 iyun, 2020-ci il tarixində “Uşaq Səfirlər Məclisi” yaradılmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin əsas qayəsi uşaq hüquqlarının pozulması və ya ona səbəb ola biləcək hallarla rastlaşdıqda müvafiq məsələlərin aidiyyəti icra orqanı qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirak etməkdir. Əfsanə Quliyeva dövlətimizin gələcəyimiz olan gənclərimizi daim diqqət mərkəzində saxladığını, Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə imzalanan Dövlət Proqramlarının gənclərin hərtərəfli inkişafına yeni imkanlar yaratdığını, gənclərin sosial problemlərinin həlli istiqamətində, onların cəmiyyətə inteqrasiyası, həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində görülən işlərdə hər zaman gənclərə dəstək olan Heydər Əliyev Fondunun rəhbəri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətində olan məsələlər olduğunu qeyd etdi.
Görüşdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Həmçinin Səfirlər Məclisində Xocavənd rayonunu layiqincə təmsil edəcəklərinə söz verdilər.