Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir

12 avqust 2022 | 12:09
12 avqust 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Yeni Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavinləri, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq quruculuq işlərindən söz açmış və bildirmişdir ki, Vətən müharibəsində qazanılmış parlaq Qələbədən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə işğaldan azad edilmiş ərazilər əsaslı şəkildə bərpa olunur, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişini sürətləndirən genişmiqyaslı nəqliyyat, istehsal, ticarət, turizm infrastrukturlarının yaradılması üzrə çoxşaxəli layihələr, nəhəng bərpa-quruculuq işləri həyata keçirilir. Tarixi torpaqlarımızda layiqli yaşayışın bərpasına yönəlmiş nəhəng quruculuq işləri, o cümlədən regionda davamlı təhlükəsizliyin və asayişin təmin edilməsi üçün aparılan minatəmizləmə əməliyyatlarına cəlb olunan xeyli sayda işçilərin hazırda bu ərazilərdə çalışması, eyni zamanda, Böyük Qayıdışın ilkin mərhələsi kimi əhalinin Şərqi Zəngəzura köçürülməsi, burada müasir infrastrukturla yanaşı rahat həyat tərzi və dövlət xidmətlərinə əlçatanlığı şərtləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən sonra Zəngilan rayonunun Ağalı kəndinə tikinti-quruculuq işləri geniş vüsət alıb. Nəticədə ötən dövr ərzində Ağalı kəndində lazımi infrastruktur yaradılıb. Kənd hazırda doğma sakinlərinə qucaq açıb.
Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qisas əməliyyatından söz açaraq bildirdiki, müzəffər Azərbaycan Ordusunun Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə vurduğu sarsıdıcı zərbələr Ermənistan üçün böyük dərs, eyni zamanda son xəbərdarlıq olmalıdır. Qüdrətli Azərbaycan Ordusu bugünkü qisas əməliyyatları ilə bir daha göstərdi ki, suveren ərazilərimizdə terrorun, separatçılığın kökü nəyin bahasına olursa olsun, qətiyyətlə kəsiləcək. “44 günlük Vətən Müharibəsi zamanı kapitulyasiya aktı imzalamağa məcbur olan Ermənistan rəhbərliyi iki ilə yaxındır ki, üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Azərbaycan dövləti bu müddət ərzində proseslərə səbr və təmkinlə yanaşıb, məsələni dinc yolla, danışıqlar masasında həll etməyə çalışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, biz bölgədə yeni müharibə istəmirik. Amma təəssüf ki, rəsmi İrəvan bu xəbərdarlıqlardan nəticə çıxarmır. Cavab əməliyyatları nəticəsində bir neçə hakim yüksəkliklərin nəzarətə götürülməsi, düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi ilə şəhid olan hərbçimizin də qisası dərhal və misli ilə alınıb: “Düşmən bütün bunlardan nəticə çıxarmalı, qisasın bundan sonra da amansız olacağını bilməlidir.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər