Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər davam edir
08 iyun 2023 | 11:29
Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər davam edir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 18 may - 18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilmişdir.
Bu məqsədlə Xocavənd rayonu ərazisində silsilə tədbirlərin keçirilməsinə davam edilir. "İnsan hüquqları dövlətin təməlidir" adlı növbəti tədbir Salakətin kənd tam orta məktəbində təşkil olunmuşdur. Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Həsənov tədbirdə çıxış edərək bildirmişdir ki, 1998-ci il 18 iyun tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Bu il insan hüquqlarının təminin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi ilk strateji sənəd olan həmin Dövlət Proqramının təsdiqindən 25 il ötür. Eyni zamanda bildirmişdir ki, 18 may -18 iyun tarixləri ölkməzidə "İnsan Hüquqları Aylığı" elan olunmuşdur. "Hər birimiz hüquqlarımızı bilməli və tələb etməliyik. Sağlam cəmiyyətə aparan yol hüquqlarını bilməkdən və digərlərinin hüquqlarına hörmətlə yanaşmaqdan keçir.
Daha sonra Salakətin kənd tam orta məktəbin Tarix müəllimi Əliyeva Telli çıxış etmiş və bildirmişdir ki, “İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır. Həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən müstəqil Azərbaycanın ilk Konstitusiyasının ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuşdur.
Təbdirin sonunda şagirdlərlə səmimi söhbət aparılmış və sualları cavablandırılmışdır.