Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə ziyarət davam edir.

21 sentyabr 2023 | 16:34
  Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə ziyarət davam edir.
  Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş xocavəndli qəhrəmanlarımızın xatirəsi ehtiramla anılır.
  Sentyabrın 21-də Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi müdiri Şaiq Aslanov və Aparatın digər əməkdaşları Vətən Müharibəsi Şəhidlərinin Anım Günü ərəfəsində şəhidlər Zülfüqar Fərəcov, Xəyal Namazov, Məzahir Göyüşov və Qara Balakişiyevin ailə üzvləri ilə görüşüblər. Şəhid valideynləri ilə görüşdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağı və dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı qeyd edilib.
  Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər