Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin məktəbli övladlarına yeni məktəb formaları verilib
15 sentyabr 2026 | 09:25
Yeni dərs ilinin başlaması münasibətilə Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin məktəbli övladlarına yeni məktəb formaları verilib.
Övladlarımızın üzündəki təbəssüm, gözlərindəki işıq bizim üçün ən böyük mükafatdır. Onların keyfiyyətli təhsil alması və gələcəyə inamla addımlaması üçün hər zaman yanlarındayıq.
Bütün şagirdlərimizə yeni dərs ilində uğurlar arzulayırıq! 







