Xocavənd Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
04 noyabr 2024 | 15:18
Xocavənd Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
04 noyabr 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində bu ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun rəhbərliyi ilə müşavirə keçirilib. Müşavirədə hüquq mühafizə orqanlarının, müvafiq idarə, müəssisələrinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak edib. Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzunun növbəti təsdiqi kimi bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayıb, bu mötəbər tədbirə hazırlıqla əlaqədar Rayon İcra Hakimiyyətinin eyni zamanda rayonda fəaliyyət göstərən bütün idarə və təşkilatların üzərinə düşən vəzifələrin icrası məsələlərindən danışıb və təşkilatların üzərinə düşən vəzifələrin yüksək səviyyədə icrası məqsədilə müvafiq tapşırıqlar verib. Rayon rəhbəri COP29 keçiriləcək günlərdə rayon ərazisində bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətinin təmin edilməsi və müvafiq ərazilərin sanitar təmizliyinin daim diqqətdə saxlanılması və zəruri tədbirlər görülməsi məqsədilə qərargah yaradıldığını, qərargahın fəaliyyətinin operativliyini təmin etmək məqsədilə qaynar xətt xidməti (0212235385) və fasiləsiz növbətçilik sistemi təşkil edildiyini bildirmişdir.
Həmçinin qərargah üzvləri tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə mütəmadi olaraq məlumatların qərargaha verilməsinin təmin edilməsi və COP29-un respublikamızda keçiriləcəyi günlərdə diqqətə çatdırılan məsələlərin ciddi nəzarətdə saxlanılması barədə tapşırıq və tövsiyələrini vermişdir