Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətində “Rayonda ideoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu”na həsr olunmuş toplantı keçirilmişdir.

30 noyabr 2022 | 17:24
       “Rayonda ideoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu”na həsr olunmuş toplantı keçirilmişdir.
   29 noyabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində “Rayonda ideoloji işin təşkili və informasiya müharibəsində gənclərin rolu”na həsr olunmuş toplantı keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Aparatın şöbə müdirləri, əməkdaşları, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və ziyalılar iştirak ediblər.Tədbiri açıq elan edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, bu gün müasir dünya bizdən daha operativ və novator yanaşma tələb edir. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi, demokratiyanın bərqərar olduğu, ərzilərimizin işğaldan azad olunduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilib. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkən başçı təbliğat işində Ulu Öndərin irsinin, Cənab Prezidentin siyasətinin, Müzəffər Ali Baş Komandan-xalq-ordu birliyinin, Vətən Müharibəsi Zəfəri, Azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik mövzularına geniş yer verilməli olduğunu bildirdi.
   Başçı təbliğat işlərində gənclərin yaxından iştirakının vacibliyindən danışaraq bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri müstəsna rol oynayıblar. Gəncləri Azərbaycan həqiqətləri, tarixi, bu günü, mədəniyyəti, milli-mənəvi dəyərləri, ölkəmizin inkişafı, həyata keçirilən tədbirlərlə bağlı sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırdı. Xocavənd gənclərinin hər zaman öndə olduğunu qeyd edən başçı çıxışında gənclərimizin informasiya müharibəsində bundan sonra da əzmlə çalışacaqlarına əminliyini ifadə etdi.
   Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva və YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov çıxış edərək rayonda aparılan ideoloji maarifləndirmə işlərindən danışdılar.
   Sonda Yap Xocavənd Rayon Təşkilatının fəallarına Təşəkkürnamə, İcra Hakimiyyətinin könüllülərinə sertifikatlar təqdim olundu.
Keçidlər