Xocavənd Rayon İcra Hakimiyyətində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müşavirə keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyətində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müşavirə keçirilib.
Bu gün Xocavənd Rayon İcra Hakimiyyətində “Su Ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 27.07.2020-ci il tarixli 2178 nömrəli Sərəncamının 7.1 bəndinin icrası barədə müşavirə keçirilib. Müşavirədə çıxış edənlər dünyada su probleminin ciddi hal aldığını qeyd ediblər. Bildiriblər ki, qloballaşmanın nəticəsi olaraq iqlim dəyişiklikləri su ehtiyatlarına çox ciddi təsir göstərir. Azərbaycanda su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər görüldüyünü vurğulayan çıxışçılar davamlı sosial-iqtisadi inkişafda su ehtiyatlarının istifadə və mühafizəsi məsələsinin əsas rol oynadığını da əlavə ediblər.
Müşavirədə həmçinin su ehtiyatlarından səmərəli istifadə etmək üçün mövcud imkanlar çərçivəsində qarşıda duran işlər barədə ətraflı müzakirələr aparılıb.
Sonda qeyd edilmişdir ki,rayon əhalisi Suvarma Sistemləri İdarəsi və Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq maarifləndirilir.