Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı bir qrupTuğ kənd sakini ilə görüş keçirmişdir.

11 iyul 2023 | 10:01
    Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı bir qrupTuğ kənd sakini ilə görüş keçirmişdir.
   11 iyul 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının bir qurupTuğ kənd sakinləri ilə görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bu ilin iyun ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılmasından danışaraq, Tuğ kəndinin əhəmiyyətindən bəhs edib. Başçı bildirib ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bir çox maddi-mədəniyyət abidələri vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır. Eyvaz Hüseynov Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu haqqında sakinlərlə söhbət aparmış onların təkliflərini dinləmişdir. Tuğ kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qərarını sevinclə qarşılamış və Tuğ kəndinə göstərdiyi böyük diqqətə görə Müzəffər Ali Baş Komandana minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər