Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyi İdarə heyətinin sədri Atanur Cəfərlini qəbul edib

03 iyun 2025 | 09:03
03 iyun 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyi İdarə heyətinin sədri Atanur Cəfərlini qəbul edib. Qəbul zamanı Atanur Cəfərli təşkilat haqqında məlumat verərək bildirdi ki, İKA-nın əsas məqsədləri gənclər arasında idman sahəsində könüllülük fəaliyyətini təbliğ etmək, idmanda könüllülük və sağlam azarkeşlik mədəniyyətinin koordinasiyasını təmin etmək kimi müəyyən edilmişdir. Eyni zamanda könüllülərimizin dövlət qurumlarında faydalı layihələrdə fəal iştirakına şərait yaratmaqdadır.
Başçı bildirmişdir ki, hər bir cəmiyyətin dayağını sağlam bədənli və sağlam ruhlu insanlar təşkil etmişlər. Bədən tərbiyəsi və idman insanın kamilləşməsinə və sağlamlığının möhkəmlənməsinə xidmət edir. Qədim idman ənənələri ilə seçilən ölkəmizdə bu sahənin inkişaf strategiyasının təməli ümumilli lider Heydər Əliyev tərəfindən atılıb. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilib, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinə qayğı ilə yanaşılıb. həmin siyasəti davam etdirən ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər bir bölgəsində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Başçı həmçinin İKA-nın fəaliyyətini yüksək qiymətləndirib, təşkilatın rəhbərliyinə yerli, regional və beynəlxalq səviyyədə keçirilən idman yarışları, tədbirlərinin həyata keçirilməsi istiqamətindəki işlərində uğurlar arzulayıb.
Keçidlər