Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulunu Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünlərlə keçirib
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulunu Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünlərlə keçirib.
Keçirilən səyyar qəbulərın məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrilən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilmiş, Zəfər salnaməsi tarixdə öz layiqli yerini almışdır. Səyyar qəbulda müraciət edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.