Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov "Son zəng" mərasimində iştirak edib.
14 iyun 2025 | 10:25
Başçı Son zəng mərasimində iştirak edib.
14 iyun 2025-ci il tarixdə Xocavənd rayon ümumtəhsil müəssisələrində “Son zəng” mərasimi keçirilmişdir. Salakətin kənd tam orta məktəbindəki “Son zəng” mərasimində iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət təhsil siyasətinin prioritet istiqamətlərindən birini məhz gənclərin hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması təşkil edir. Bu baxımdan gənclərə yaradılmış şəraitdən, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından və təhsil müəssisələrində qazanılan uğurlardan danışan natiq məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzuladı. Məzunları uğurla ali məktəbləri bitirərək rayonumuzun gələcək həyatında fəal rol oynamağa səslədi. Bu günün məzunlarının bir gün öz doğma məktəblərini ali təhsilli, vətənə, millətə yararlı şəxsiyyətlər kimi ziyarət edəcəklərinə ümidvar olduğunu bildirdi.
Tədbir Şəhid ailələrinin, məzunların, müəllimlərin və valideynlərin ürək sözlərini söyləməsi və “Son zəng”in səsləndirilməsi ilə davam edib. Sonda məktəbin buraxılış imtahanlarında yüksək nəticə əldə edən şagirdləri Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Fəxri Fərmanla təltif ediliblər.






