Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov vətəndaş qəbulu keçirib
27 oktyabr 2026 | 09:16
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov vətəndaş qəbulu keçirib.
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq oktyabrın 27-də Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə keçirilən qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






