Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Yeni Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib

04 noyabr 2026 | 09:56
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Yeni Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Görüşdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Səyyar qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar və Böyük Qayıdış prosesi barədə ətraflı məlumat verib.
Görüşün davamında sakinlərin müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, digər müraciətlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər göstərilən diqqət və qayğıya, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
#Xocavənd #SəyyarQəbul #BöyükQayıdış #İlhamƏliyev #QarabağZəfəri #Azərbaycan
Keçidlər