Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Ağcabədi rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir

01 oktyabr 2025 | 09:27
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Ağcabədi rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.
01 oktyabr 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Ağcabədi rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən bəhs etdi. Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açdı. Başçı həmçinin ASAN müraciət informasiya sistemi haqqında məlumat verib, bildirib ki AMİS ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi üzrə nəzarətin həyata keçirilməsi məqsədi ilə müvafiq sahə ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini, həmin şikayətlərə baxılması ilə bağlı icraatın və baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edir. Vətəndaşlar qeyd olunan məsələ ilə bağlı informasiya sistemi vasitəsilə müraciət edə bilərlər. Ümumilikdə görüş zamanı İcra Hakimiyyətinin başçısı tərəfindən bütün müraciətlər dinlənilib, vətəndaşlara qanunvericiliyə uyğun izahatlar verilib, bəzi məsələlərin icrası dərhal nəzarətə götürülüb. Sakinlər keçirilən səyyar qəbulun onların problemlərinin dinlənməsi və həlli baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Keçidlər