Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bakı şəhəri Nərimanov rayonunda məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bakı şəhəri Nərimanov rayonunda məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.Qəbulda rayon sakinləri və İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda çıxış edərək bildirib ki, son bir ay ərzində ölkəmizin daxili inkişafı, xarici siyasi əlaqələrinin gücləndirilməsi, regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq platformalarının genişləndirilməsi baxımından mühüm addımlar atılmış, dövlət başçısı tərəfindən yüksək səviyyəli rəsmi görüşlər keçirilmişdir. Dövlət başçısı tərəfindən qəbul edilən xarici nümayəndə heyətləri, ikitərəfli və çoxtərəfli formatda keçirilən müzakirələr bir neçə əsas istiqaməti əhatə etmişdir. İlham Əliyev dost və tərəfdaş ölkələrin nümayəndələri ilə görüşlərində ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, siyasi dialoqun dərinləşdirilməsini və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini xüsusi vurğulamışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu görüşlər və əldə olunan razılaşmalar Azərbaycanın milli maraqlarının etibarlı şəkildə qorunmasına, iqtisadi potensialının güclənməsinə və beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.






