Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bərdə rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir
17 iyul 2025 | 15:19
17 iyul 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bərdə rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.
Dövlət başçısının göstərişinə uyğun olaraq yerlərdə keçirilən səyyar qəbul-görüşlər insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaq məqsədini daşıyır.
Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı qəbul-görüşdə Eyvaz Hüseynov Icra Hakimiyyətinin səlahiyyətlərinə aid qaldırılan bütün məsələlərin yerindəcə həllinə göstərişlərini verib, həlli İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət olunması və vətəndaşlara nəticəsi barədə məlumat verilməsini səlahiyyətli şəxslərə tapşırıb.
Sakinlər fikir və istəklərini rahat və açıq şəkildə ifadə edə bildikləri üçün razılıqlarını bildiriblər. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşdığına görə onlara səmimi təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.






