Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Xəzər rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir

03 iyul 2026 | 10:17
3 iyul 2026-cı il tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bakı şəhərinin Xəzər rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda rayon sakinləri və İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda çıxış edərək bildirib ki, son bir ay ərzində ölkəmizin daxili inkişafı, xarici siyasi əlaqələrinin gücləndirilməsi və beynəlxalq tərəfdaşlıq platformalarının genişləndirilməsi baxımından tarixi əhəmiyyətli addımlar atılmışdır. Qeyd olunmuşdur ki, iyun ayı ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qlobal dialoqların mərkəzinə çevrilmiş, dövlət başçısı Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Bakı Enerji Forumunun açılışlarında iştirak edərək Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki strateji rolunu yenidən bəyan etmişdir. Eyni zamanda cənab Prezidentin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının rəsmi açılışı reallaşmış, ölkəmizin dayanıqlı iqtisadi model və investisiya mühiti yüksək qiymətləndirilmişdir. Dövlət başçısının intensiv işgüzar qrafiki çərçivəsində ölkəmizə səfər edən xarici ölkələrin xüsusi nümayəndə heyətləri, o cümlədən BMT Baş katibinin müavini, Slovakiya Baş nazirinin müavini, həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünün rəhbərlik etdiyi nümayəndə heyəti və digər rəsmi diplomatlarla ikitərəfli strateji və siyasi əlaqələrin gələcək perspektivləri ətraflı müzakirə edilmişdir. Regional platformalar çərçivəsində isə cənab Prezident Avropa Siyasi Birliyinin VIII Sammitinə videoformatda qoşularaq ölkəmizin sülh gündəliyinə sadiqliyini növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Həmçinin cənab Prezident Şuşanın Böyük Qaladərəsi kəndində aparılan abadlıq-quruculuq işləri ilə yerindəcə tanış olmuş, kənd sakinləri ilə səmimi görüşlər keçirmişdir. Bu çərçivədə Xocavənd rayonu istiqamətində də köçürülmə prosesinin dinamik şəkildə davam etdiyi və 2025-ci ilin oktyabr ayından bu günədək Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə ümumilikdə 838 ailənin (3441 nəfər sakin) öz doğma yurd-yuvalarına qayıtdığı fəxrlə vurğulanmışdır.
Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər