Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları 27 Sentyabr Anım Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər

25 sentyabr 2025 | 15:57
Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları 27 Sentyabr Anım Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər.
27 sentyabr – Anım günü münasibətilə Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər. Ziyarət zamanı Vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla yad edilib, onların ailələrinə dərin minnətdarlıq ifadə olunub.
Şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və ehtiyacları ilə maraqlanılıb. Bildirilib ki, dövlətimizin və xalqımızın qürur mənbəyi olan şəhidlərimizin xatirəsi daim uca tutulacaq, onların ailələrinə diqqət və qayğı hər zaman dövlətin prioritet istiqamətlərindən biri olaraq qalacaqdır.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və dövlət qurumlarının nümayəndələrinə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər