Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər.

27 sentyabr 2023 | 10:59
  Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər.
  Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğulların ailələri mütəmadi olaraq evlərində ziyarət edilir. 27 Sentyabr Anım Günü ərəfəsində Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları bütün şəhid ailələrini ziyarət etmiş, onların problemləri ilə maraqlanmışıar.
  Şəhid ailələrinin üzvləri arzu və təkliflərini bildirməklə yanaşı, onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq etmiş, rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürlərini bildirmişlər.
Keçidlər