"Xocavənd Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin yeni direktoru təqdim edilib
02 sentyabr 2024 | 14:44
"Xocavənd Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin yeni direktoru təqdim edilib.
02 sentyabr 2024-cü il tarixdə "Xocavənd Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin yeni direktoru Yaşar Əhmədov kollektivə təqdim edilib. Təqdimat mərasimində TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Xəlilov, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva və səhiyyə işçiləri iştirak ediblər.
Direktoru kollektivə təqdim edən Emil Xəlilov xəstəxanada xidmət keyfiyyətinin yüksəldilməsinin, pasient məmnunluğunun təmin edilməsinin vacibliyini vurğulayıb.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Yaşar Əhmədovu təbrik etmiş, ona işində uğurlar arzulamışdır.
Yaşar Əhmədov etimada görə təşəkkürünü bildirib. O, qarşıya qoyulan hədəflərə nail olmaq üçün səylə çalışacağını qeyd edib.