Xocavənd Rayon Mərkəzi Xəstəxanasında Zəfər Günü qeyd edilib
07 noyabr 2025 | 10:36
Zəfər Günü qeyd edilib.
Xalqımızın tarixində çox əlamətdar olan “8 Noyabr Zəfər Günü” münasibəti ilə Xocavənd Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, qazilər, müharibə iştirakçıları, "Xocavənd Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin rəhbər və tibb işçiləri iştirak etmişlər. Çıxış edənlər bildiriblər ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildiriblər. Cari ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsini, Xankəndində, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızın qaldırılmasının qürurverici bir an olduğunu diqqətə çatdırıblar. Xalqımızın müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiy vurğulanıb
Tədbirdə Zəfər Gününə həsr olunmuş videorolik nümayiş olunmuş, müharibə iştirakçılarının döyüş xatirələri dinlənilmişdir.
Sonda 44 günlük Vətən müharibəsində yaralı əsgərlərə xidmət göstərən şöbələr Təşəkkürnamə ilə təltif olunub.






