Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində Gənclər arasında sağlam həyat tərzinin təbliği mövzusunda tədbir keçirilmişdir.
08 oktyabr 2024 | 16:24
Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində Gənclər arasında sağlam həyat tərzinin təbliği mövzusunda tədbir keçirilmişdir. Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Həsənov tədbirdə çıxış edərək bildirmişdir ki, sağlam həyat tərzi fərdin bütün imkanlardan istifadə edərək orqanizmi daha sağlam etmək, sağlamlığı dəstəkləmək, psixoloji sağlamlığı qorumaq, immunitet sistemini möhkəmləndirmək üçün atdığı addımlardır. Sağlam həyat tərzi formalaşdırmaq daha keyfiyyətli , uzunömürlü, sağlam psixologiyaya malik, həyatın bütün sahələrində tam iştirakın təmin edildiyi həyat deməkdir.
Sonda sağlam həyat tərzi ilə bağlı şagirdlərlə diskussiya aparılmışdır.