Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon sakinləri ilə Sosial Xidmətlər və Enerji Səmərəliliyi mövzusunda görüş keçirildi.

13 noyabr 2025 | 11:38

Xocavənd rayon sakinləri ilə Sosial Xidmətlər və Enerji Səmərəliliyi mövzusunda görüş keçirildi.

Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər barədə məlumatlılığın yüksəldilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə əhaliyə göstərilən sosial xidmətlərin mahiyyəti, onların alınması qaydaları, sosial həssas əhali qruplarına göstərilən dövlət dəstəyi mexanizmləri barədə geniş izahat verilmişdir.

Bundan əlavə, görüş çərçivəsində əhali arasında elektrik enerjisindən qənaətlə istifadə mövzusunda da maarifləndirmə aparılmış, enerji resurslarının səmərəli idarə olunması, istifadənin optimallaşdırılması və israfçılığın qarşısının alınması məqsədilə praktiki tövsiyələr təqdim edilmişdir.

Tədbirdə iştirakçılar mövzularla bağlı suallarını səsləndirmiş, müvafiq struktur rəhbərləri tərəfindən həmin suallar cavablandırılmışdır. Maarifləndirici fəaliyyətlərin əhalinin məlumatlılığının artırılması və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm rol oynadığı vurğulanmışdır.

Keçidlər