Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda 2 İyul Azərbaycan Polisi Günü qeyd olundu.

02 iyul 2022 | 10:12
  Xocavənd rayonunda 2 İyul Azərbaycan Polisi Günü qeyd olundu.
 Rayon Polis Şöbəsində təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, Rayon Polis İdarəsinin şəxsi heyyəti iştirak etmişlər. Tədbir iştirakçıları həm Ümummilli Lider Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucalan abidəsini, həm də Şəhidlər” Memorial Abidə Kompleksini ziyarət etmiş, ulu öndərin və şəhidlərimizin xatirəsini yad etmişlər.
 Tədbiri giriş sözü ilə açan Rayon Polis Şöbəsinin rəisi Xəyyam Mirhüseynov tədbir iştirakçılarını salamlayaraq şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik etmiş və Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
 Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümünün qeyd edildiyini vurğulayan rəis Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirmişdir. O, qeyd etmişdir ki, bu gün də dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılmışdır.
 Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulamışdır. RİH başçısı xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan polis orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, həmçinin vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə əminliyini bildirərək ölkəmizin davamlı və dayanıqlı inkişafından söz açmışdır.
 Həmçinin tədbirdə çıxış edən Rayon Prokuroru Taleh Osmanov, Dövlət Təhlükəsizlik Xidmətinin Xocavənd rayon Şöbəsinin rəisi Elçin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Bəxtiyar Hümbətov və Vətən müharibəsi qaziləri də Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilməsindən bəhs etmişlər.
 Sonda Xocavənd Rayon Polis Şöbəsini bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşlar.
Keçidlər