Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda 27 Sentyabr Anım Gününə həsr olunmuş rəsmi tədbir keçirilib.

27 sentyabr 2023 | 16:57
    27 Sentyabr Anım Gününə həsr olunmuş rəsmi tədbir keçirilib.
   27 sentyabr 2023-cü il tarixdə Beyləqan rayonu inzibati ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşaları, Şəhid ailələrinin üzvləri, I və II Qarabağ müharibəsi iştirakçıları, veteranlar, N saylı hərbi hissənin əsgər və zabitləri, İctimai Şura, QHT rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etmişdir. Azərbaycan Dövlət Himninin sələndirilməsindən sonra iştirakçılar şəhidlərin məzarları önünə tər qərənfillər düzmüşlər. 800 nəfərin iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov birinci və ikinci Qarabağ müharibələri zamanı şəhid olmuş bütün vətən övladlarına Uca tanrıdan rəhmət, ailə üzvlərinə isə səbr diləmişdir. Eyvaz Hüseynov bildirmişdir ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Azərbaycan Ordusunun əzmkzrlığı, qəhrəmanlığı və şücaəti nəticəsində 44 gün davam edən müharibə ilə tamamilə son qoyuldu. Başçı qeyd etmişdir ki, Azərbaycan Vətən Müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi Bəxtiyar Hümbətov, Polkovnik-leytenant, Xocavənd Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Hafiz Mirzəliyev, Şəhid Elzamin Tağıyevin atası Eyvaz Tağıyev, Şəhid Elmin Mirzəyevin atası Əvəz Mirzəyev, Vətən Müharibəsi iştirakçısı, zabit Etibar Hüseynov çıxışında Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və əldə olunmuş qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd etmişlər. 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsinin yazıldığını və Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, haqq-ədalətin öz yerini tapdığını qeyd etdilər. Daha sonra Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları şeirlərdən ibarət ədəbi bədi kompozisiya nümayiş etdiridi.
Keçidlər