Xocavənd rayonunda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
27 may 2024 | 10:00
Xocavənd rayonunda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
28 May - Müstəqillik Günü münasibətilə "Vətənim Azərbaycan" adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni və Vətənimizin azadlığı, ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti, onun yaranma tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimiz daha da möhkəmlənib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müasir Azərbaycanın dövlətçilik yolunu bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Müstəqilliyimiz möhkəmləndirilib, sosial-iqtisadi inkişaf təmin edilib, güclü ordu yaradılıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması bunu bir daha təsdiq etdi. Tədbirin bədii hissəsində rayonun mədəniyyət kollektivlərinin ifasında konsert proqramı təqdim olunub, xalq və bəstəkar mahnıları səsləndirilib. Xocavənd kənd 1saylı tam orta məktəbin şagirdlərinin ifasında şeirlər dinlənilib, müxtəlif rəqs mömrələri nümayiş olunub. Tədbirin sonunda iştirakçılar kitab sərgisi ilə tanış olublar.