Xocavənd rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-ci ildönümü qeyd edilib.
13 fevral 2023 | 17:20
Xocavənd rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-ci ildönümü qeyd edilib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Eyvaz Hüseynov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, çağırışçıların həqiqi xidmətə yola salınması və səfərbərlik hazırlığı təlimlərində Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb və Dövlət Xidmətinin rəhbərliyini, xidmətin bütün şəxsi heyətini təbrik edib. İcra başçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətinə dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmağı və üzərlərinə düşən məsul, şərəfli işdə uğurlar arzulayıb.