Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda "Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalları təqdim edilib

29 mart 2024 | 17:42
  Xocavənd rayonunda "Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalları təqdim edilib.
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 aprel 2023-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunub ki, həmin medala layiq görülənlər arasında Xocavənd rayonundan ziyalılarımız da var. Dahi şəxsiyyətin 100 illik yubileyi münasibətilə təsis edilən medala Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsinin təbliğində fəallıq göstərən və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən rayon ziyalıları Telli Alıyeva və Müşfiq Hüseynov layiq görülüblər.
 Xocavənd Rayon İcra Hakimiyyətində medallar sahiblərinə təqdim edilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, idarə və təşkilatların müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
 Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunanları təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Bu medalı Xocavənd rayonunun ziyalılarına verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirən rayon rəhbəri bu yüksək təltifə və verilən qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.
 Dahi rəhbərin 100 illik yubiley medalına layiq görülən digər iştirakçılar çıxış edərək yüksək təltifə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Təltif olunduqları medalın tək öz adlarına deyil, bütün rayon ziyalılarının əməyinə verilən dəyər, qiymət olaraq qəbul edildiyini, Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyətin adı ilə bağlı olan medalla təltif olunmalarına görə özlərini şanslı hesab etdiklərini, bu qürurverici, xoş anları onlara bəxş etdiyinə görə bir daha ölkə başçısına təşəkkürlərini bildiriblər.
Keçidlər