Xocavənd rayonunda məktəblərdə maarifləndirmə tədbirləri davam edir
10 oktyabr 2025 | 10:29
Xocavənd rayonunda məktəblərdə maarifləndirmə tədbirləri davam edir.
Tədbirlərdə Xocavənd Rayon İcra Hakimiyyətinin və Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları, yuxarı sinif şagirdləri, müəllimlər və valideynlər iştirak edirlər. Növbəti tədbir 10 oktyabr 2025-ci il tarixdə rayonun Xocavənd kənd 1 saylı tam orta ümumtəhsil məktəbində keçirildi.
Rayon Polis Şöbəsinin rəisi Xəyyam Mirhüseynovun da iştirak etdiyi görüşdə erkən və qohum nikahların fəsadları, eləcə də yolverilməzliyi, zərərli vərdişlər, narkomaniya, məişət zorakılığı, təhsildənyayınma hallarına, uşaq hüquqlarının pozulmasına qarşı mübarizə haqqında geniş çıxışlar edildi. Uşaq hüquqlarının pozulması hallarının mövcud qanunvericilikdə yaratdığı məsuliyyət və cəza tədbirləri barədə iştirakçılara məlumat verildi. Görüşlərdə effektivliyi artırmaq məqsədilə əyani materiallardan və slaydlardan istifadə olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.






