Xocavənd rayonunda Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin müşavirəsi keçirilmişdir
Xocavənd rayonunda əhalinin məşğulluğunun təmin edilməsi, işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi, habelə məşğulluq sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin müşavirəsi keçirilmişdir.
Müşavirədə məşğulluq sahəsində mövcud vəziyyət, işsiz və işaxtaran şəxslərin müəyyən edilməsi, onların müvafiq iş yerləri ilə təmin olunması, peşə hazırlığı və əlavə təhsil imkanlarından yararlanması məsələləri müzakirə edilmişdir.Bildirilib ki, əhalinin məşğulluğunun təmin edilməsi sosial-iqtisadi inkişafın əsas istiqamətlərindən biri olmaqla, vətəndaşların sosial rifahının yüksəldilməsində mühüm rol oynayır. Bu baxımdan işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşə və bacarıqlara yiyələnməsi, özünüməşğulluq proqramına cəlb edilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması xüsusi əhəmiyyət daşıyır.Müşavirə zamanı məşğulluq sahəsində aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, işsiz və işaxtaran şəxslər barədə məlumatların dəqiqləşdirilməsi, onların məşğulluq imkanlarının artırılması və bu istiqamətdə həyata keçirilən tədbirlərin əlaqələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin məşğulluğunun təmin edilməsi, həmin ərazilərdə yeni iş imkanlarının yaradılması və iqtisadi fəallığın artırılması məsələlərinin diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanmışdır.Müşavirənin yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmiş, məşğulluq sahəsində qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və nəticəyönümlü tədbirlərin davam etdirilməsi qərara alınmışdır.






