Xocavənd rayonunda Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin müşavirəsi keçirilmişdir
19 oktyabr 2023 | 16:15
Xocavənd rayonunda Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin müşavirəsi keçirilmişdir .
Müşavirədə rayon icra hakimiyyəti başçısının müavini Azər Süleymanov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşları, Xocavənd Rayon Statistika İdarəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Xocavənd Rayon Vergilər Şöbəsinin əməkdaşları və rayonun digər idarə müəsissələrinin rəhbərləri iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan başçının birinci müavini Azər Süleymanov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini, qeyri-formal məşğulluq səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparıldığını, risk qruplarının müəyyən edildiyini, risk qrupları üzrə qeyri-formal məşğulluğun aşkar edilməsinə və qarşısının alınmasına dair preventiv və nəzarət tədbirlərinin keçirilməsinin vacibliyindən bəhs edib. Müşavirədə çıxış edən digər iştirakçılar rayonda qeyri-formal məşğulluğun əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaratdığını, bu sahə üzrə nəzarətin, əmək müqaviləsi bağlamağa stimullaşdıran tədbirlərin, təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin daha da gücləndirilməsinə ehtiyacın olduğunu bildirmişlər. Müşavirədə rayon icra hakimiyyəti Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin işinin bundan sonra da səmərəli təşkil edilməsi, rayonda qeyri-formal məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyət və digər məsələlər müzakirə edilmişdir.