Xocavənd rayonunda narkomaniya ilə mübarizədə maarifləndirmə tədbirləri davam etdirilir
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17.09.2025-ci il tarixli 721 saylı Sərəncamın 8.4.11. bəndinin icrası ilə bağlı olaraq Xocavənd rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlərin həyata keçirilməsi məqsədi ilə mütəmadi olaraq tədbirlər keçirilmiş və rayon ərazisində narkotik mənşəli bitkiləri tanıtmaq məqsədi ilə həmin bitkilərin fotoları əhalinin sıx məskunlaşdığı ərazilərdən asılmışdır. Rayon ərazisində narkotik mənşəli bitkilərin fotolarının əhalinin sıx olduğu yerlərdən asılması həm profilaktik, həm də məlumatlandırıcı xarakter daşıyır. Vətəndaşlar bu bitkiləri vizual olaraq tanıyır və təbiətdə (yaxud şəxsi təsərrüfatlarda) onlara rast gəldikdə dərhal aidiyyatı orqanlara məlumat verməyin vacibliyini anlayırlar. Bu cür tədbirlər həm də həmin bitkilərin kultivasiyasının (əkilməsinin) qanunla qadağan olunduğunu və ciddi cinayət məsuliyyəti yaratdığını xatırladır. Həmçini maarifləndirici vizualların hər kəs üçün əlçatan olması gənclərin bu təhlükədən uzaq durmasına kömək edir. Bu addım sakinlərin, xüsusilə də gənclərin məlumatlılıq səviyyəsinin artırılmasına və qanunsuz dövriyyənin qarşısının alınmasına xidmət edir.






