Xocavənd rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində Tuğ kənd tam orta məktəbində “Sən öz hüquqlarını bilirsənmi?” mövzusunda tədbir keçirilib.
20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Xocavənd rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində Tuğ kənd tam orta məktəbində “Sən öz hüquqlarını bilirsənmi?” mövzusunda tədbir keçirilib. Tədbirdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə və uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və ölkədaxili normativ hüquqi aktlar, BMT-nin adı çəkilən konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş uşaqların hüquqları və vəzifələri, həmin hüquqların müdafiəsi mexanimzləri barədə ətraflı məlumat vermişdir.






