Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ağacəkmə aksiyası keçirilib

27 mart 2024 | 11:47

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 27 mart 2024-cü il tarixdə Xocavənd qəsəbəsində ağac əkmə aksiyası keçilib. Aksiyanın keçirilməsində məqsəd rayon ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Keçidlər