Xocavənd rayonundan olan nümayəndə heyəti Zəfər Forumunda iştirak edib.
28 oktyabr 2022 | 15:02
Xocavənd rayonundan olan nümayəndə heyəti Zəfər Forumunda iştirak edib.
Ağdam, Beyləqan, Ağcabədi, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu Ağdam Muğam Mərkəzində təşkil edilib.
Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.
Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər xiyabanını ziyarət ediblər.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Ağdam, Ağcabədi, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarından olan şəhid ailələrinin üzvləri, Xocavənd rayonundan İkinci Qarabağ müharibəsi qazisi Şəhid oğlu Mirzəliyev Ruslan Vahidcan oğlu , eləcə də, digər rayonların müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.
Forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dövlət başçısına dərin ehtiram ifadə olunub.