Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd UGİŞM güləşçisi Nəriman Abdullayev region açıq birinciliyində yüksək nəticə əldə edib.

20 oktyabr 2024 | 09:12
Xocavənd UGİŞM güləşçisi Nəriman Abdullayev region açıq birinciliyində yüksək nəticə əldə edib.
18-20 oktyabr 2024-cü il tarixlərində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvar Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma və sərbəst güləş idman növü üzrə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında region açıq birinciliyi keçirilib.
Respublikanın 30-dan çox bölgəsindən, eyni zamanda Türkiyə və Gürcüstandan 400 nəfərə yaxın idmançı arasında gərgin və maraqlı görüş keçirilib. Yaş qrupları üzrə keçirilən görüşlərin sonunda qaliblər mükafatlandırılıb.
Yarışda Xocavənd rayonunu təmsil edən 52 kq çəkidə mübarizə aparan Nəriman Abdullayev 3-cü yerin qalibi olub.
Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.
Keçidlər