Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd uğrunda Şəhid olan qardaşların ailəsi Xocavənd rayonununa səfər ediblər.

02 iyun 2023 | 11:27
     Xocavənd uğrunda Şəhid olan qardaşların ailəsi Xocavənd rayonununa səfər ediblər.
   Xocavənd uğrunda gedən döyüşlərdə Şəhid olmuş İman və Bəhrəm Məmmədzadə qardaşların ailəsi Xocavənd rayonuna səfər ediblər. Şəhidlərimizin ailəsi öncə Hadrut qəsəbəsində və övladlarının şəhadətə yüksəldiyi ərazidə olublar. Daha sonra Xocavənd qəsəbəsinə gələn ailəni Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov, Şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət etmiş, Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının adları yazılmış abidə və  Şəhid məzarları üzərinə tər çiçəklər düzərək xatirələrini yad etmişlər. Sonra çay süfrəsi arxasında tədbir davam edib.
    Görüş iştirakçılarını salamlayan icra başçısı Eyvaz Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Eyvaz Hüseynov çıxışında qeyd elədi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.
   Dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əldə olunması uğrunda canından keçən hərbi qulluqçularımızın xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, hər zaman vacib məsələlərdən birincisidir. Görüşdə iştirak edən şəhid valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşdülər.
Keçidlər