Şriftin ölçüsü :

Saytın rəngi :

 Xocavənddə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları evlərində ziyarət olunub.

08 mart 2024 | 12:07
     Xocavənddə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları evlərində ziyarət olunub.
   8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Xocavənd RİH başçısı aparatının və YAP Xocavənd Rayon Təşkilatının əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəman övladlarımızın ailələrini ziyarət edib, şəhid analarına və xanımlarına bayram təbriklərini çatdırıblar.
   Şəhid ailələrinin ziyarəti zamanı Şəhidlərimizin xalqımızın qəlbində daim yaşayacağı və gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.
   Bildirilib ki, ölkə başçısı tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bu gün Xocavənd rayonunda da davam etdirilir.
Şəhid anaları və xanımları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Keçidlər