Xocavənddə 𝐤ə𝐧𝐝 𝐭ə𝐬ə𝐫𝐫𝐮̈𝐟𝐚𝐭ı𝐧ı𝐧 𝐬𝐢𝐲𝐚𝐡ı𝐲𝐚𝐚𝐥ı𝐧𝐦𝐚𝐬ı𝐧𝐝𝐚 𝐢𝐬̧𝐭𝐢𝐫𝐚𝐤 𝐞𝐝ə𝐜ə𝐤 𝐭ə𝐥𝐢𝐦𝐚𝐭çı-𝐧ə𝐳𝐚𝐫ə𝐭ç𝐢𝐥ə𝐫𝐥ə 𝐠örüş keçirilib.
15 iyul 2025 | 17:20
Xocavənddə 𝐤ə𝐧𝐝 𝐭ə𝐬ə𝐫𝐫𝐮̈𝐟𝐚𝐭ı𝐧ı𝐧 𝐬𝐢𝐲𝐚𝐡ı𝐲𝐚𝐚𝐥ı𝐧𝐦𝐚𝐬ı𝐧𝐝𝐚 𝐢𝐬̧𝐭𝐢𝐫𝐚𝐤 𝐞𝐝ə𝐜ə𝐤 𝐭ə𝐥𝐢𝐦𝐚𝐭çı-𝐧ə𝐳𝐚𝐫ə𝐭ç𝐢𝐥ə𝐫𝐥ə 𝐠örüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Xocavənd RİH başçısının müavini, kənd təsərrüfatının siyahıyalınamasına yardım komissiyasının sədri Azər Süleymanov bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Həmin proqrama əsasən 2025-ci ildə respublikada kənd təsərrüfatının siyahıyaalınması nəzərdə tutulub və bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı qəbul edilib. Qərara əsasən Xocavənd rayonunda da müvafiq qurumların təmsilçilərindən ibarət yardım komissiyası formalaşdırılıb. Komissiya tərəfindən siyahıyaalmada iştirak edəcək sayıcılar və təlimatçı-nəzarətçilər müəyyən edilib.
Müasir dövrdə hökumət tərəfindən qərarların qəbulunda dəqiq məlumat bazalarının formalaşdırılmasının əhəmiyyətini vurğulayan RİH başçısının müavini qeyd etdi ki, bu baxımdan ölkə iqtisadiyyatının strateji sahələrindən biri olan kənd təsərrüfatı sahəsi üzrə məlumatların aktuallaşdırılması zəruridir. O, siyahıyaalmanın ilk dəfə hazırlanmış xüsusi proqram təminatı ilə aparılacağını bildirirək prosesin uğurla tamamlanması istiqamətində təlimatçı-nəzarətçilərə müvafiq tapşırıqlar verdi.
Tədbirdə çıxış edən komissiya sədrinin müavini, Xocavənd Rayon Statistika İdarəsinin rəisi Fərnad Tahirov siyahıyaalmanın hüquqi əsasları və zəruriliyi, həmçinin məqsədləri və əhatə dairəsi haqqında məlumat verdi, sayıcılar tərəfindən təsərrüfatlara baxış zamanı mövcud göstəricilərin proqram təminatına dəqiq daxil edilməsinin zəruriliyini qeyd etdi.






